"Araz Naxçıvan" Ceyhun üçün MOİK-ə müraciət etməyib
- 15:00
- 49
Xəbər verdiyimiz kimi, millimizin və "Araz Naxçıvan"ın üzvü Ceyhun Nuriyev hazırda hərbi xidmətdədir və Gəncədəki N saylı hərbi hissədə əsgərlik çəkir.
Rekord.az xəbər verir ki, onun yenidən futbola qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.
Düzdür, Ceyhun müqavilə ilə "Araz Naxçıvan"a aiddir. Lakin məsələ hərbi xidmət məsələsi olduğu üçün Naxçıvan klubu ilə olan müqavilə ən azı hərbi müddət dönəminin sonuna kimi qüvvədən düşür. Ceyhun yalnız bir halda "Araz Naxçıvan"a qayıda bilər ki, MOİK onu götürüb icarəyə versin. Bunun üçün isə "Araz Naxçıvan"ın ən azı 1-2 ay öncədən bununla bağlı "hərbçilər"i məlumatlandırması lazım idi ki, onlar da lazım olan addımları vaxtında atsınlar. Ən azı futbolçunun adını Müdafiə Nazirliyinə göndərib karantind müddətindən sonra düşərgə gəməsini təmin edə bilsinlər. Lakin "Araz Naxçıvan" öncədən Ceyhunla bağlı MOİK-ə heç nə demədiyi üçün onlar hazırda heç nə edə bilmir. Qısası, Nuriyevin yenidən futbola qayıdacağı sual altındadır.