Azərbaycan karateçiləri üçün Tiflis sınağı
- 20:00
- 36
Azərbaycanın uşaq, yeniyetmə və gənc karateçilərdən ibarət milliləri noyabrın 14-15-də Gürcüstanın Tiflis şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Bu barədə Rekord.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Yarışda ölkəmizi müxtəlif yaş və çəki kateqoriyalarında 34 idmançı təmsil edəcək. Nümayəndə heyətinə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək.
Komandanın məşqçiləri Bəşir Mahmudov və İbrahim Heydərov olacaq. Mehman Əlirzayev və Murad Hacızadə turnirdə hakim qismində iştirak edəcəklər.