"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu bu gün keçirəcək.


Rekord.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi VI turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edəcək.


Gəncə İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.


Xatırladaq ki, "Gəncə" daha əvvəl Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komanda evdə Portuqaliyanın "Sportinq" komandasını 69:67 hesabı ilə üstələyib. "Gəncə" "Rilski Sportist" (Bolqarıstan) ilə dueldə texniki məğlubiyyətlə (0:20) üzləşib.