Oğuzda futzal turniri keçirilib
- 12:00
- 34
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatlar arasında keçirilən futzal turniri başa çatıb.
Rekord.az xəbər verir ki, 7 noyabr tarixində Oğuz Olimpiya İdman Kompleksində start götürən və 9 noyabr tarixinədək davam edən turnirdə ümumilikdə 12 komanda iştirak edib. Yarış ərzində komandalar arasında maraqlı və gərgin idman mübarizəsi yaşanıb.
Turnirin yekun nəticələrinə əsasən:
I yer – Oğuz Qoşqar komandası, II yer – Oğuz Veteranlar komandası, III yer – Oğuz Peşə Məktəbi komandası.
Yarışın sonunda qalib və mükafatçılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar. Turnirin keçirilməsində əsas məqsəd Dövlət Bayrağı Gününün mahiyyətinin təbliği, idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi, eləcə də idarə, müəssisə və təşkilatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi olub.