Super Liqada daha bir oyun baş tutub
- 17:33
- 42
Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 2-ci tur çərçivəsində "AZERRAIL" və "Milli Aviasiya Akademiyası" klubları üz-üzə gəliblər.
GİN-in Voleybol Mərkəzində təşkil olunan görüş meydan sahiblərinin üstünlüyünü ilə keçib. 3 set davam edən qarşılaşmada "AZERRAIL" quru hesablı qələbəyə sevinib.
Super Liqa
12 noyabr
2-ci tur
"AZERRAIL" - "Milli Aviasiya Akademiyası" 3:0 (25:20, 25:22, 25:23)