Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayonunda yeniyetmələr arasında sərbəst güləş və qadın güləşi üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd rayonda sərbəst güləş idman növünün uşaqlar, gənclər və böyüklər arasında təbliği, eləcə də kütləviliyinin artırılmasıdır.

Yarışda yer tutan idmançılar diplom və medallarla təltif olunublar.