Beyləqanda “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş sərbəst güləş üzrə turnir keçirilib.
- 16:22
- 43
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Beyləqan Olimpiya İdman Kompleksinin, Beyləqan Uşaq gənclər İdman Şahmat məktəbinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan rayon Komitəsinin dəstəyi ilə yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə turnir keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd “8 Noyabr – Zəfər Günü”nün tarixi əhəmiyyətinin təbliği, sərbəst güləş idman növünün yeniyetmə və gənclər arasında təşviqi, idmanın kütləviliyinin artırılması və perspektivli idmançıların aşkar edilməsidir.
Yarışda I, II və III yerləri tutan idmançılar diplom və medallarla təltif olunublar.