Gəncədə region birinciliyi keçiriləcək
- 19:00
- 39
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarış noyabrın 21-də Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Müxtəlif yaş kateqoriyalarındakı gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.