"Qarabağ"ın "Tvente" ilə səfər oyunu üçün albaniyalı hakim
- 18:00
- 16
Niderlandda "Tvente" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu albaniyalı hakim idarə edəcək.
Rekord.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Yucin Caya olacaq.
Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək.
VAR-da italyan Canluka Aureliano, AVAR-da albaniyalı Albert Doda əyləşəcəklər.
Qeyd edək ki, qarşılaşma avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı avqustun 27-də baş tutacaq.