“Kayrat” ÇL-də “Levski”yə məğlub oldu
- 01:10
- 18
Futbol üzrə Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, bu gün 8 oyun baş tutub.
“Kayrat” səfərdə “Levski”yə uduzub. Lion “Olimpik”inin Praqa “Sparta”sına uduzması da diqqət çəkib.
“Sabah” bu mərhələdə Danimarkanın “Orhus” kollektivi ilə görüşəcək. Bu oyun sabah keçiriləcək.
“Sabah”ın pley-off mərhələsindəki potensial rəqibləri olan “Hapoel” və “Srvena Zvezda” isə bu gün Macarıstanda üz-üzə gəliblər. Bu oyunda İsrail çempionu tək qolla üstün olub.
UEFA Çempionlar yolu
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust
Ararat (Ermənistan) – Çelye (Sloveniya) 2:1
Myallbü (İsveç) – Slovan (Slovakiya) 1:2
Hapoel (Beer-Şeva, İsrail) – Srvena Zvezda (Serbiya) 1:0
Levski (Bolqarıstan) – Kayrat (Qazaxıstan) 1:0
Dinamo (Zaqreb, Xorvatiya) – Kauno Jalgiris (Litva) 5:0
Olimpiakos (Yunanıstan) – NEK (Niderland) 0:0
Yunion (Belçika) – Bodo Qlimt (Norveç) 3:3
Sparta (Praqa, Çexiya) – Olimpik (Lion, Fransa) 2:1