"Biz "Bilgah Beach" otelində qalırıq. Kart, "PlayStation" oynayır və söhbət edirik".

Rekord.az xəbər verir ki, bunu Bakıda səfərdə olan İsveçrə yığmasının futbolçusu Haris Seferoviç deyib.

Portuqaliya "Benfika"sından dəvət almış 29 yaşlı hücumçu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uelslə keçirəcəkləri oyundan 3 xalla ayrılmaq istədiklərini bildirib:

"İtaliya ilə Romada keçirəcəyimiz ikinci tur oyununa 3 xalla yollanmaq yaxşı olardı".