
“GO Sport”da "Neftçi"nin rəsmi mağazasınn açılış mərasimi oldu
- 05 Okt 2025 18:43
- 79
“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “Gənclik Mall”da yerləşən “GO Sport”da da fəaliyyət göstərəcək. Bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.
Tədbirdə klub rəhbərliyi ilə yanaşı, futbolçularımız – Emin Mahmudov, Mustafa Sek və Falaye Sako da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər. Açılışa qatılan qonaqlara “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.
Yazar haqqında
