
“Səhvimizi etiraf edirik”
- 05 Okt 2025 21:30
- 35
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 7-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Şamaxı"nı qələbə münasibətilə təbrik edirəm. Oyun haqda çox danışmaq istəmirəm. Qol epizodlarımız çox idi. Böyük üstünlüyümüz var idi. Amma imkanlardan yararlana bilmədik. Ehtiyat skamyamız güclü deyil. Komanda pis oynayır? Fiziki, yoxsa taktiki sarıdan pisdir? Maksimumu edirik. Səhvlər edirik, qapımızda qol görürük. Özümü heç günahlandıra bilmirəm. Komanda funksional və taktiki sarıdan hazırlıqlıdır. Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə vurmayacağam ki. Güclənməyimizə ehtiyac var. İkinci hissədə meydanda bir komanda var idi".
Seleksiya işində səhvlərə yol verdik. Daha da güclənməliyik. Bəzi futbolçular var ki, Premyer Liqa səviyyəsində deyillər, U-19 komandasına göndərəcəyəm. Bunu etiraf etməliyik. İkinci hissədə kimi meydana buraxaq? Allah qoysa, hər şey yaxşı olar, güclənərik və hər şey daha yaxşı olar. Böyük klublarda oynamışam. "Mançester Siti"də oynamışam. Oyundan sonra hər zaman futbolçuya dəstək olurdular. Sona qədər dəstəyini göstərirdi. Biz də, onlar da öyrənməliyik. Azarkeş komandanın arxasında dayanmalıdır. Komandamız oyun göstərir. Buna görə də panikaya düşməli deyilik. Sadəcə oyunun gedişində güclənə bilmirik. Ehtiyatda olanlar yerli gənclərdir.
Biz varlı klub deyilik. İstəyirik ki, bu dəqiqə güclənək. Amma dediyim kimi, o futbolçu hansı durumda olacaq? Səhvimizi etiraf edirik. Dekabrda güclənəcəyik. Bu da olmasa, çətin olacaq”.