Azərbaycan badmintonçuları III MDB Oyunlarında 7 medal qazanıblar.


Rekord.az xəbər verir ki, badminton yarışlarının son günündə Leyla Camalzadə rusiyalı Marina Tarasova ilə qarşılaşıb.


Qəbələ Olimpiya İdman Kompleksində baş tutan görüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb - 2:0.


Qeyd edək ki, daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanıblar.