
Həşimovdan “Sabah”a məğlubiyyətə şərh
- 18:20
- 42
“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, Şamaxı şəhər stadionunda 0:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Azər Həşimovun oyundan sonra mətbuat konfransı keçirilib.
Həşimov əvəzetmələrlə nələrəsə çalışdıqlarını, ancaq alındıra bilmədiklərini deyib:
“İkinci hissədə çalışdıq ki, qol vuraq. Qapı tirindən dönən topumuz oldu. Əvəzetmələrlə nələrisə dəyişməyə çalışdıq. Alındıra bilmədik. “Sabah”ı qələbə münasibətilə təbrik edirəm.
Kamran İbrahimov özü də bilirdi ki, ötən oyunun ən yaxşılarından idi. Bu gün qapıda pis dayanmadı. Bir penaltidən qol buraxdı. O birində isə “doqquzluğ”a daxil olan qol idi. Həmin qolu başqa qapıçı da olsa idi, buraxacaqdı. Rəqib oyunçu bəlkə də, cərimə meydançasına “asma” etmək istəyirdi, amma top qapımıza daxil oldu”.