
“Araz-Naxçıvan” Naxçıvanda azarkeşlərlə görüşəcək
- 15:20
- 48
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Bu barədə Rekord.az-a klubdan məlumat verilib.
Oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Saat 11:00-da isə Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək.
Tədbirin sonunda imza günü təşkil olunacaq.