
Millimiz MDB Oyunlarının qalibi oldu
- 19:45
- 39
Bu gün III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar yekun vurulub.
Rekord.az xəbər verir ki, qarışıq komanda yarışlarında Azərbaycan millisi Özbəkistana qalib gələrək qızıl medal qazanıb.
Cüdoçularımız yarımfinalda da Tacikistanı 7:3 hesabı ilə üstələmişdi.
Xatırladaq ki, ötən gün idmançılarımız 21 medal qazanmışdır.
Beləliklə, Azərbaycan cüdoçuları turniri 22 medalla başa vurublar.