Məlum olduğu kimi, "İmişli" 4-cü turdan etibarən ev oyunlarını Qubada keçirəcək.

Rekord.az-ın əldə etdiyi məlumata görə, Quba Olimpiya İdman Kompleksi ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Bu isə o anlama gəlir ki, "İmişli" bu mövsüm doğma İmişliyə qayıtmayacaq.

Qeyd edək ki, Heydər Əliyev adına İmişli şəhər stadionunun  mülkiyyət məsələsi həllini tapmadığı üçün "İmişli" rəhbərliyi orada təmir işlərinə başlaya bilmir.