
Renatın komandası səfərdə uduzdu
- 05 Okt 2025 23:00
- 42
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Motor” Ekstraklasanın 11-ci turunda "Rakov”un qonağı olub və 0:2 hesabıyla uduzub.
Oyunda start heyətdə başlamış Renat 79-cu dəqiqədə sarı vərəqə alıb, 84-cü dəqiqədə isə əvəzlənib.
Dadaşovun komandası 11 turdan sonra 11 xalla 14-cü pillədə qərarlaşıb.