Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin gələn il keçiriləcək qitə birinciliyində ilk qrup rəqibi bəlli olub. "Rekord.az" xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) bu gün İtaliyanın Bari şəhərində təşkil etdiyi püşkatma mərasimi keçirir. 

Reqlamentə əsasən, ev sahibi olan ölkələrə bir rəqib seçmək hüququ verilib. Azərbaycan seçimini Portuqaliya yığmasından yana edib. Beləliklə, Bakıda təşkil olunacaq C qrupunda millimizlə yanaşı, Portuqaliya da mübarizə aparacaq.

Digər rəqiblərimiz hazırda davam edən püşkatmanın yekununda bəlli olacaq.

Qeyd edək ki, püşkatma prosesində millimizin kapitanı Ayşən Abduləzimova iştirak edir.