"Əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
- 16:20
- 16
Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin "Pafos" klubunda ilk qolunu vurmasına münasibət bildirib.
Rekord.az xəbər verir ki, 20 yaşlı vinger bu barədə instaqram hesabında paylaşım edib.
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin Avstriyanın "Zaltsburq" komandasına qarşı keçirilən cavab oyununda fərqlənən M.Məmmədov bunları yazıb:
"Hər şeydən əvvəl Allaha təşəkkür edirəm. Bizə dəstək olan hər kəsə minnətdaram. Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik. Amma yolumuza davam edəcəyik. İrəli, "Pafos".
Xatırladaq ki, matç 3:3 hesabı ilə yekunlaşıb. "Pafos"un sonuncu qoluna Murad Məmmədov imza atıb. Səfərdə 0:1 hesabı ilə uduzan Kipr komandası UEFA Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasında çıxış edəcək.