PFL prezidenti Ramin Musayev mövsüm öncəsi açıqlamasında bildirmişdi ki, I Divizion matçlarının da yayımlanması üçün "CBC Sport"la danışıq aparacaqlar.

Rekord.az-a daxil olan məlumata görə, tərəflər arasında ilkin danışıq olsa da, telekanal hazırkı durumda divizion matçlarını yayımlamaqda maraqlı olmadığını bildirib.

Çünki həm çempionata maraq yoxdur, həm də hazırda əsas yükü Premyer Liqa, avrokuboklar və millinin oyunlarına yönəlib. 2022-ci ilin yanvarından sonra məsələyə yenidən baxmaq olar.