AÇ-2020-yə möhtəşəm qələbə ilə start verən Belçika milli komandası ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, sözügedən komandanın müdafiəçisi Timoti Kastan zədələnib.

O, ötən gecə Rusiyaya qarşı keçirdikləri oyunda rəqib futbolçu Daler Kuzyayev ilə toqquşaraq ağır zədə alıb. 25 yaşlı stopper buna görə 27-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Belçika yığmasının baş məşqçisi Roberto Mançini Kastanın durumuna da aydınlıq gətirib. O, İngiltərənin “Lester Siti” klubunun formasını geyinən futbolçu üçün AÇ-2020-nin başa çatdığını bildirib.

Qeyd edək ki, Belçika yığması Rusiyanı 3:0 hesabıyla məğlub edib.