“Auda”ya bir qol bəs etdi
- 05 Avq 2026 01:01
- 108
Futbol üzrə Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, bu gün bir oyun baş tutub.
Mərhələnin açılış oyununda Latviyanın “Auda” və Albaniyanın “Dinamo” komandaları qarşılaşıblar. Yekunda sevinən tərəf meydan sahibləri olublar.
Qalan oyunlar avqustun 5-də və 6-da keçiriləcək.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
4 avqust
Auda (Latviya) – Dinamo (Tirana, Albaniya) 1:0