Cəlalın komandası evdə uduzdu
- 01:31
- 27
Rumıniya Super Liqasında 17-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” evdə “Argeş”lə üz-üzə gəlib və 0:1 hesabıyla uduzub.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal 81-ci dəqiqədə meydana buraxılıb.
30 xala malik “Petrolul” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.