Mahir Emrelidən “Rakuv”un heyətində yeddinci qol!
- 23:20
- 25
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.
Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının 16-cı turunda "Piast"a qarşı keçirilən ev oyununda fərqlənib.
Start heyətində meydana çıxan Mahir Emreli 59-cu dəqiqədə komandasının 0:2 hesabı ilə geridə olduğu matçda fərqi azaldıb.
Bu, Azərbaycan millisinin üzvünün "Rakuv"dakı yeddinci qolu olub.
Mahir 1:2 hesabıyla uduzduqları görüşün 77-ci dəqiqəsində əvəzlənib.