"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 13-cü turunun oyununda səfərdə "Sabah"a qarşı keçirdikləri görüşdən sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:


“Çempionlar Liqasında mübarizə aparan komandaya qarşı oynamaq xoşdur. Bilirdik ki, çətin oyun olacaq. Komandamız komplektləşməyib, oyunçularımız çatmır. Futbolçular əllərindən gələni etməyə çalışdılar.


Qış fasiləsində transferlərə ehtiyac var. Hər bir halda nəsə etməyə çalışacağıq. İstənilən halda, növbəti oyunlarda mmeydana çıxıb oyunumuzu oynayacağıq. Futbol elədir ki, bəzən alınır, bəzən alınmır”.