Çempionatda daha bir oyun baş tutub
- 21:47
- 22
Qadın voleybolçuların Super Liqasında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün IV tur çərçivəsində "Gəncə" və UNEC komandaları üz-üzə gəliblər.
Qarşılaşma Gəncə İdman Sarayında baş tutub . 4 hissə davam edən oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Super Liqa
28 noyabr
IV tur
"Gəncə" - UNEC 3:1 (25:18, 21:25, 25:18, 25:16)