Dekabrın 1-də ölkə kubokunun 1/8 final mərhələsində "Sumqayıt"la üz-üzə gələcək "Qarabağ"da itki var.

Rekord.az xəbər verir ki, Marko Yankoviç bu qarşılaşmada forma geyinməyəcək.

Buna səbəb onun ötən mövsüm "Sabah"la kubok matçından sonra hakimlər otağına girməyə cəhd etdiyi üçün 8 oyunluq cəzalanmasıdır.