Misli Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, turun mərkəzi oyununda “Neftçi” “Zirə” ilə qarşılaşıb.

Paytaxt derbisini Tural Qurbanov idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. "Ağ-qaralar" bu görüşdə tək qolla 3 xala sevinib.

Misli Premyer Liqası
13-cü tur

27 noyabr

“Neftçi” – “Zirə” 1:0
Qol: Breno Almeyda, 8.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”, 19:00.

Neftçi: 1. Emil Balayev (k), 3. Rüfət Abbasov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 97. Bassala Sambu, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 20. Qustavo Klisman, 88. Viçko Şevel, 11. Alen Şkribek.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 26. Adeleke Akinyemi, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Denzel Jubitana, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.
Zirə: 12. Maykon Kleyton, 32. Qismət Alıyev (k), 2. Amin Seydiyev, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 21. Rikardo Martins, 17. Filipe Vieyra, 3. Dimitri Leqbo, 7. Eren Aydın, 33. Mehdi Mişahşah.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 72. Hüseynəli Quliyev, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 57. Yusif Hacıyev, 10. Georgi Papunaşvili, 23. Dameyn Smit, 29. Kris Diqbeu.
Baş məşqçi: Rəşad Sadıqov.