"Şəfa"nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 13-cü turunda "İmişli"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 3:1 hesablı qələbə barədə bunları söyləyib:


“Qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar bacardıqlarından daha artığını etdilər. Şükürlər olsun ki, 3 xal qazana bildik. Oyun gərgin alındı. Birinci hissədə qismən də olsa, üstünlüyümüz var idi. Hesabda önə keçdik. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Uşaqlar ikinci hissədə vururdular. Əks-hücumların birində üçüncü qolu vurduq və qələbə qazandıq.


Müdafiədə minimum səhvə yol verdik. Bundan öncə də iki qol vurduğumuz oyunlar olmuşdu. Bu gün üç top vura bildik. Uşaqların xarakteri böyük rol oynadı.


Klub rəhbərliyi ilə mütəmadi olaraq görüşürük. Son görüşdə də mənə etimadlarını göstərdilər”.