“Hakimlərin verdiyi qərarları başa düşmədim” - Dambrauskas
- 23:00
- 22
"Sabah" Misli Premyer Liqasının 13-cü turunun oyununda səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Barselona" ilə matçdan sonra bu oyuna elə də yaxşı hazırlaşa bilmədik. Bu oyun bizim üçün çox çətin oldu. Rəqib də yaxşı performans göstərdi. Yaxşı pressinq edirdik. Öz oyunçularımı, "Sabah" ailəsini qələbə münasibəti ilə təbrik edirəm. Hakimliklə bağlı da danışmaq istəyirəm. Hakimlərin verdiyi qərarları başa düşmədim. Həddindən artıq çox vərəqə verildi".