Millimizin futbolçuları Türkiyədə qarşılaşdılar
- 21:30
- 23
Türkiyə 1-ci Liqasında 16-cı turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvlərinin çıxış etdiyi komandalar üz-üzə gəliblər.
Ozan Can Kökçünün formasını geyindiyi "Vanspor" doğma meydanda Toral Bayramovun şərəfini qoruduğu "Bursaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Azərbaycanlı futbolçular da bu görüşdə iştirak ediblər. Onlar hər ikisi matça start heyətində başlayıb. Toral 90 dəqiqə meydanda qalıb, Ozan Can isə 85-ci dəqiqədə əvəzlənib.
Xallarını 36-ya yüksəldən "Bursaspor" liderliyini davam etdirir. 17 xalı olan "Vanspor" isə 16-cı yerdədir.