
“Zirə”nin Konfrans Liqasındakı oyununu italiyalı hakim idarə edəcək
- 09 İyl 2025 17:00
- 45
Xorvatiyada yerli "Hayduk" və "Zirə" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu italiyalı hakim idarə edəcək.
Rekord.az xəbər verir ki, FIFA referisi Luka Payrettoya Cüzeppe Perrotti və Xaled Bahri kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.
Oyun iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında ilk görüş iyulun 23-də Bakıda baş tutacaq.