“Hayduk”un futbolçusu Entoni Kalik Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”yə (1:1) qarşı keçirilən görüşü şərh edib.


Rekord.az xəbər verir ki, Xorvatiya mətbuatına danışan Split klubunun üzvü “Zirə”nin müdafiə xəttindən söz açıb: 


“Zirə”yə qarşı matç çox ağır alındı. Biz oyuna bir az uğursuz başladıq. Yavaş-yavaş ritmi tutduq və ikinci hissədə dominantlıq etdik. Vurduğum qola gəlincə, burada daha çox Hrqoviçin əməyi böyükdür. “Zirə”nin müdafiə xəttində yer alan futbolçular hündür oyunçulardır. Həmin vaxt sadəcə ötürmə keçdi, mən də ayağımı topa qoydum. Xoşbəxtlikdən lazım olan yerdə idim. “Zirə” yaxşı komandadır. Baş məşqçi artıq beş ildir komandaya rəhbərlik edir. Ötən mövsüm onlar “Osiyek”i mübarizədən kənarlaşdırmağı bacarıblar. Biz tam diqqətimizi cəmləyəcəyik və Splitdə döyüşməyə hazır olacağıq”.


“Hayduk” – “Zirə” matçı iyulun 31-də keçiriləcək və saat 23:00-da start götürəcək.