
“Zirə” Sumanın “Malmö”yə keçidini rəsmən açıqladı
- 14:45
- 45
“Zirə” hücumçusu Salifu Suma ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Sumanın İsveçin “Malmö” klubuna transfer olunduğu bildirilib. Hücumçunun keçidiylə bağlı tərəflər arasında müqavilə imzalanıb.
“Zirə” Sumaya kluba göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Suma 2023-cü ildən formasını geyindiyi “Zirə”də 82 oyuna 18 qol vurub.