I Divizionda çıxış edən "Zaqatala" növbəti mövsümdə Premyer Liqada çıxış etmək istəyir.

Rekord.az-a daxil olan məlumata görə, bölgə təmsilçisi müəyyən sənədləri toplayaraq AFFA-ya göndərib.

Amma bu, o demək deyil ki, federasiya zaqatalalıları elitaya buraxacaq. "Zaqatala"nın Premyer Liqada oynamaq istəyirsə, ilk növbədə sponsor məsələsini həll etməlidir.