"Yuventus" İtaliya A seriyasından kənarlaşdırıla bilər.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının prezidenti Qabriele Qravina məlumat verib.

O bildirib ki, Turin təmsilçisi Avropa Superliqasından imtina etməsə, ölkə çempionatından xaric edilə bilər: "Qaydalar eynidir. Növbəti mövsümün əvvəlində "Yuventus" hələ də Superliqada qalsa, ölkə çempionatına başlaya bilməz. Azarkeşlərdən üzr istəyirəm, amma qayda qaydadır və hər kəs buna riayət etməlidir. Ümid edirəm ki, bu problem həll olunacaq".

Qeyd edək ki, "Real", "Barselona" və "Yuventus" Superliqadan ayrılmayıb.