“Yəqin ki, bu qələbə “Turan Tovuz”un haqqı idi” - Qurbanov
- 21:00
- 42
“Qarabağ” bu gün Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”u qəbul edib.
Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov oyunçularından razı qaldığını bildirib:
“Zəfər turu” idi. Böyük zəfərdən sonra xalqımızı təbrik edirəm.
Daha yaxşı oynaya bilərdik. Amma ümumən, belə, oyunçularımın məsuliyyətindən, yanaşmasından razı qaldım. Çox yaxşı müdafiə olunan komandaya qarşı çıxış edirdik. Yüz faizlik şanslar vermədik. Amma yəqin ki, bu qələbə onların haqqı idi, təbrik edirəm. Yolumuza davam edəcəyik. Qarşıdakı oyunlara hazırlaşmalıyəq. Milli fasilədən yaxşı faydalanmalıyıq.
Daha diqqətli olmaq lazımdır. Bəxtsiz demək istəmirəm, epizodlara soyuqqanlı yanaşmalıyıq. Bir-birimizi tamamlamaqda müəyyən çatışmazlıqlarımız var. Hər bir halda, ustalığı yaxşılaşdırmaq lazımdır.
Bura bizim doğma arenamızdır. Məğlubiyyətə stadion amili səbəb ola bilməz. Biz “Turan Tovuz”a Tofiq Bəhramov adına stadionda da məğlub olmuşuq.
Heyətin uyğunlaşmasının bu qədər uzun müddət çəkəcəyini gözləmirdim. Amma ümumən, belə, pozitiv yanaşırıq”.