“Hər bir oyun xüsusi hazırlıqdır” - Berdıyev
- 20:40
- 39
“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ”ın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Berdıyev 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Qələbəyə görə çox şadıq. Amma çox şeydən keçməli olduq. “Qarabağ” çox güclü komandadır. Müdafiədə çox əziyyət çəkdik.
Hər bir oyun xüsusi hazırlıqdır. Mən daha çox uşaqlara görə sevinirəm, özlərinə inandılar ki, liderlərə qarşı oynamaq olar.
Faiq Hacıyev də digər oyunçular kimi komandamızın üzvüdür. Çox yaxşı məşq edir və şansını gözləyir. Onun mövqeyində Enrike Silva çıxış edir, hansı ki, o da çox güclüdür”.