Toral Türkiyədə öz qapısına qol vurdu
- 10:00
- 41
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci liqasında avtoqola imza atıb.
Rekord.az xəbər verir ki, “Bursaspor”un futbolçusu “Antalyaspor”la səfər matçında öz qapısına ağlasığmaz qol vurub.
Hadisə birinci hissəyə əlavə olunmuş 6-cı dəqiqədə baş verib. Toralın avtoqolu ilə hesab 1:1 olub. Matç elə bu hesabla da yekunlaşıb.
Start heyətində meydana çıxan Bayramov 79-cu dəqiqədə əvəzlənib.
“Bursaspor” hazırda 32 xalla zirvədə qərarlaşıb.