1-ci Liqada “Ayın qolu”nun müəllifini mükafatlandırıldı
- 17:40
- 35
1-ci Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Xankəndi" klubunun futbolçusu Bəhruz Teymurov mükafatlandırılıb.
Bu barədə Rekord.az-a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.
Oktyabrın ən yaxşı qolu 5-ci turun "Xankəndi" – "Şahdağ Qusar" qarşılaşmasında qeydə alınıb. Ən yaxşı qolun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.