FİF işə qarışdı, "Mingəçevir" "Baku Sportinq"lə oyuna çıxacaq
- 13:00
- 43
Məlum olduğu kimi uzun müddətdir maaş ala bilməyən "Mingəçevir" futbolçuları I Liqanın 7-ci turu çərçivəsində "Şahdağ Qusar"la oyuna çıxmadılar.
Rekord.az xəbər verir ki, məsələnin ciddiliyini anlayan Futbolun İnkişaf Fondu da olaya müdaxilə edib.
Hazırda futbolçuların maaşlarının bir hissəsinin ödənilməsi yönündə işlər aparılır. Əldə etdiyimiz məlumata görə, komanda 8-ci turun "Baku Sportinq"lə keçiriləcək matçında meydançaya çıxacaq.