Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakimləri bəlli olub.


Bu barədə Rekord.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib.


XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikola Jeliç və Nina Nakiçə tapşırılıb.


Matçın "timekeeper"i Hidayət Feyzullayev, hakim-inspektoru Ancelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Ştefan Kammerer (Almaniya) olacaq.


Qeyd edək ki, Azərbaycan – Latviya oyunu noyabrın 8-də, saat 20:00-da Bakı İdman Sarayında start götürəcək.