Cəlal oynadı, komandası qalib gəldi
- 11:00
- 34
Rumıniya Super Liqasında 15-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “UTA Arad”la üz-üzə gəlib.
Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. “Petrolul”a qələbə gətirən qolu 71-ci dəqiqədə Mario İonita vurub.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal 65-ci dəqiqədə meydana buraxılıb.
Xallarının sayını 27-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.