Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
- 15:20
- 41
Azərbaycan 1-ci liqasında mübarizə aparan "Mingəçevir"ə texniki məğlubiyyət verilib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bugunkü iclasında qərar verilib.
1-ci liqanın 7-ci turunda "Şahdağ Qusar"la oyuna çıxmaqdan imtina edən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub isə 3000 manat cərimələnib.
Qeyd edək ki, komandanın oyununa çıxmamasının səbəbi onların uzun müddətdir maaşlarını ala bilməmələridir. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina ediblər.