Kişi voleybolçularının Super Liqasında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün III turun son iki qarşılaşması keçirilib.

Günün ilk matçında “Gənclər” komandası “Xilasedici”lə üz-üzə gəlib. Abşeron OİK təşkil olunan görüş “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər oyununda isə “Murov Az Terminal” və “Neftçi” komandaları qarşılaşıblar. GİN-in Voleybol Mərkəzində keçirilən gərin və maraqlı matçda “Neftçi” rəqibini 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, IV tura noyabrın 11-də start veriləcək.


Super Liqa 

6 noyabr 

III tur

   “Gənclər” - “Xilasedici” 0:3 (15:25, 16:25, 10:25)

   “Murov Az Terminal” - “Neftçi” 2:3 (25:21, 21:25, 25:22, 12:25, 11:15)