
Yusif finalda, daha 4 bürünc medal şansı
- 05 İyl 2025 23:45
- 37
İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə daha 5 çəkidə mübarizəyə start verilib.
Bəşir Verdiyev (61 kq) türkiyəli Yusuf Kulalıya (5:2) və britaniyalı Danuş Jovkara (14:4) qalib gələrək yarımfinala yüksəlib. Bəşir yarımfinalda rusiyalı Adlan Saytiyevlə bacarmayıb – 5:17. Verdiyev sabah bürünc medal görüşünə çıxacaq.
Omar Gülməmmədov (74 kq) polşalı Antoni Mayraka (13:3) və belaruslu Muslim Maxmudova (12:2) qalib gələrək yarımfinala yüksəlib. Omar yarımfinalda italiyalı Raul Kasoya məğlub olub – 2:5. Gülməmmədov sabah bürünc medal görüşünə çıxacaq.
Məhəmməd Abbaszadə (86 kq) isveçrəli Nik Şerrerə (10:0) və moldovalı Alexandru Borsa (5:2) qalib gələrək yarımfinala yüksəlib. Məhəmməd finalın bir addımlığında türkiyəli Ahmet Yağana məğlub olub – 0:5. Abbaszadə ümidini bürünc medala bağlayıb.
Anar Cəfərli (92 kq) slovakiyalı Fabio Gianettoya (13:0) və ukraynalı Yeqor Horoxa (9:6) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Anar yarımfinalda rusiyalı Artur Toqoyevə uduzub – 0:10. Cəfərli sabah üçüncü yer uğrunda mübarizə aparacaq.
Yusif Dursunov (125 kq) bolqarıstanlı Dian Manevə (12:1), polşalı Mixal Dubovskiyə (11:0) və fransalı Levan Laqvilavaya (13:2) tam üstünlüklə qalib gələrək 2-ci dəfə U20 Avropa çempionatının finalına adlayıb. Həmyerlimiz həlledici qarşılaşmada rusiyalı İnal Qaqloyevlə üz-üzə gələcək.Yusif finalda, daha 4 bürünc medal şansı