Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan İslam Bazarqanov 1/4 finalda yaponiyalı Yamato Oqavaya tam üstünlüklə (12:2) qalib gəlib.


Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə türkiyəli Okan Tahtacını 9:3 hesabı ilə üstələyib.


Ali Tsokayev (92 kq) 1/4 finalda amerikalı dünya çempionu Trent Hidleyə 1:5 hesabıyla məğlub olub.


Turan Bayramov (74) 1/8 finalda qazaxıstanlı Nurkoja Kaypanova 0:4 hesabıyla məğlub oldu.