4 sərbəst güləşçimiz DÇ-də mübarizəyə start verir
- 11:20
- 28
Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.
Rekord.az xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üzə gələcək.
1/8 finalda Cəbrayıl Hacıyev (79 kq) iordaniyalı Erzo İsakov, Ali Tsokayev (92 kq) isə Domantas Pauliuşenko (Litva)/Redjep Haydari (Şimali Makedoniya) cütünün qalibi ilə güləşəcək.
Bundan əlavə Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda macarıstanlı Vladislav Baytsayevlə münasibətlərə aydınlıq gətirəcək.
Arseniy Djioyev (86 kq) isə ABŞ-dən olan Kayl Deyklə qızıl medal uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.